Səhər saatlarında dəhşətli intihar

alt

Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib. 

Rayon Polis İdarəsindən verilən məlumata görə, saat 08 radələrində Babək prospekti 95 ünvanında 1964-cü il təvəllüdlü Rəhimova Kifayət Tofiq qızı özünü 5-ci mərtəbənin eyvanından atıb. Qadın hadisə yerindəcə keçinib.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.