Gürcüstandan Azərbaycana avtomobil idxalı azaldı - 5 dəfə

2015-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 3 377 avtomobil idxal olunub ki, bu ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 4,97 dəfə azdır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, müvafiq dövr ərzində Gürcüstandan Azərbaycana ümumilikdə 61,24 milyon dollar dəyərində avtomobil idxal olunub.

Gürcüstana isə avtomobillər xaricdən idxal olunur.

Gürcüstandan Azərbaycana digər malların idxalına gəlincə, 2015-ci ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 2,21 dəfə az mal idxal olunub. 11 ay ərzində Gürcüstandan ümumilikdə Azərbaycana 231,28 milyon dollar dəyərində mal idxal olunub.