29 yaşında nənə oldu - FOTO

Rusiyada çox qəribə hadisə olub. Modern.az xəbər verir ki, Nijni Novqorod vilayətinin 29 yaşlı sakini Anastasiya Knyazkova 29 yaşında nənə olub. Belə ki, 15 yaşında ana olan Anastasiyanın qızı da həmən yaşda ana olub.

Nikita adlı oğul nəvəsi doğulan gənc nənə sevinc içində olduğunu deyib. Anastasiya Knyazkovanın 34 yaşlı əri isə baba olmasına hələ də inana bilmədiyini deyib. O, nəvəsinin 17 yaşlı atasının hələ tələbə olmasını nəzərə alaraq nəvələrini özlərinin böyüdəcəyini deyib.

Dünyanın ən gənc nənəsi 2011-ci ildə 23 yaşında nənə olan rumıniyalı Rifka Stanesku olub. 12 yaşında qızı Mariyanı dünyaya gətirən Stanesku qızının 11 yaşında ana olması ilə nənə statusu qazanmışdı.