“Azerspace-1” vasitəsilə daha çox türk, rus, gürcü kanalları yayımlanır

Hazırda Azərbaycanın ilk peyki – “Azerspace-1” vasitəsilə 121 kanal yayımlanır.

Bu barədə “ICTnews” Elektron Xəbər Xidmətinə “Azərkosmos” ASC-dən məlumat verilib. ASC-dən bildirilib ki, onlardan 108-i televiziya və 13-ü isə radio kanalıdır.
Televiziya kanallarından 16-sı yerli televiziya kanalı olmaqla, türk, rus, gürcü kanalları üstünlük təşkil edir.

“Azərkosmos” ASC bildirir ki, hər bir kəs “Azerspace-1” peyki üzərindən yayımlanan kanalların ümumi siyahısını çox asanlıqla nəzərdən keçirə bilər.

Belə ki, kanalların hər biri ASC-nin rəsmi saytında yerləşdirilib.

İnternetə çıxışı olan istənilən şəxs bu linkə daxil olmaqla ümumi siyahı ilə tanış ola bilər.