Türkiyədə azərbaycanlı evində ölü tapılıb

Türkiyənin İzmir bölgəsinin Buca qəsəbəsində qollarına bıçaqla çoxsaylı xəsarət yetirilmiş azərbaycanlının meyiti tapılıb.

APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu 49 yaşlı azərbaycanlı Şahin Mehdiyev olub.

Onun ölümü barədə polisi qonşuları və həyat yoldaşı məlumatlandırıb.

Fakta bağlı araşdırma aparılır.