Türkiyədə içərisində polislər olan avtobus partladılıb

Türkiyədə içərisində polislər olan avtobus partladılıb, 10 polis əməkdaşı və 14 dinc sakin yaralanıb

 

 

 

Türkiyənin Mardin şəhərində PKK silahlıları içərisində polislər olan avtobusu partladıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, yerüstü piyada keçidində quraşdırılmış partlayıcı qurğu avtobus körpüdən keçərkən işə salınıb.

İnsident nəticəsində 10 polis əməkdaşı və 14 dinc sakin xəsarət alıb.

Yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir. Partlayış nəticəsində piyada keçidinin bir hissəsi uçub, ətrafdakı binalara xeyli zərər dəyib.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.