Cenifer Lopez yenə ərə gedir – 3 milyonluq toy

alt

Hollivudun məşhur simalarından olan Cenifer Lopez yeni sevgilisi Kasper Smartla ailə həyatı qurmağa hazırlaşır.

AzNews.az “Life & Style”a istinadən xəbər verir ki, bu barədə onun rəfiqəsi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, cütlük artıq toy hazırlıqlarına başlayıb: “Cenifer əmindir ki, Kasper onun ikinci yarısıdır. O toylarının ideal olması üçün külli miqdarda pul xərcləməyə hazırdır”.

Nəşr iddia edir ki, Lopez bu hazırlıqlara 3 milyon dollar xərcləyəcək və toy bu ilin dekabrında baş tutacaq. Lakin toyun təşkil olunacağı yer hələki açıqlanmır. Cütlüyün iki variant – Havay adaları və Puerto-Riko üzərində düşündükləri deyilir.