Məşhur müğənni həbsə düşə bilər

altArgentina məhkəməsi kanadalı pop müğənni Castin Biber haqqında həbs qərarı verib. Məşhur müğənni Argentianın paytaxtı Buenos-Ayresdə baş vermiş dava-dalaşla bağlı istintaqa ifadə verməkdən yayındığı üçün özü və iki cangündəni həbs ediləcək.

Pop ulduz 2013-cü ildə Buenos-Ayresdəki bir barın qarşısında fotoqraf Diyeqo Pesonun döyülməsində ittiham edilir. Fotoqrafın iddiasına görə, pop ulduzun fotosunu çəkən zaman cangüdənləri tərəfindən zorakılığa məruz qalıb.

Günahı sübuta yetiriləcəyi təqdirdə, Castin Biberi 6 aydan 6 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Biber ən qalmaqallı müğənnilərdir. Müntəzəm olaraq davranışlarına görə, onun barəsində polisə şikayətlər edilir.
Gənc ifaçı hər dəfə düzələcəyi barədə söz versə də, buna əməl etmir.