1,5 yaşlı möcüzə (FOTO)

altABŞ-da möcüzə sayıla biləcək bir hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Yuta ştatında içərisində 1,5 yaşlı uşaq olan maşın çaya düşüb.

İçərisində uşaq olan maşının sürücüsü idarəetməni itirib. Körpə qəzadan düz 14 saat sonra xilas edilib. Polisin məlumatına görə, uşaq xüsusi oturacağa bağlı olub. Onun oturacağı çayda suyun üzərində üzən vəziyyətdə olub.

Xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti yaxşı olsa da, həkimlər kritin vəziyyətin bir gün davam edəcəyini deyiblər. Körpni buz kimi sudan çıxarmaq üçün suya girən 3 polis də həkim nəzarətindədir.

Maşının sürücüsü, uşağın anası 25 yaşlı qadın yerindəcə keçinib.
İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub. Maşın yol kənarındakı bariyerlərə çırpılıb.