Hələ belə ölüm eşitməmisiniz

altÖlüm haqqdır. Bəzilərinin ölümləri o qədər qəribə olub ki, illər ötsə belə onlar yaddan çıxmayacaq.

Bəzi insanlar başına düşən inək səbəbindən, bəziləri isə şorbanı iynə vasitəsi ilə bədəninə vurarkən ölüb. 

Belə ölümlərdən biri 1993-cü ildə baş verib. Ofis şüşəsinin qırılmaz olduğunu sübut etmək istəyən Qarri Qoy var gücü ilə şüşəyə toxunub. Nəticədə şüşə qırılıb və adam 10-cu mərtəbədən aşağı düşərək ölüb.

Bir gün atasının məzarını ziyarət etmək üçün qəbiristanlığa gələn Markus Qarvey isə bir məzar daşında öz adını görüb. Bu hadisədən kədərlənən şəxs infarkt keçirib və dünyasını dəyişib.