Polisə fişəng atmaq istədi, öz əli parçalandı

altHadisə Türkiyədə baş verib. 
Belə ki, Mardində bir qrup gənc icazəsiz aksiyalar keçirib, molotof kokteylləri və fişənglərlə polislərə hücum ediblər.Onlardan biri polisə fişəng atmaq istərkən, fişəng əlində partlayıb. Onu təcili xəstəxanaya çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, partlayış nəticəsində həmin şəxsin əli parçalanıb.