Xəstələrin yeməyi beton qarışdıran maşında hazırlanırmış

altDanimarkada xəstəxanalar və qocalar evləri üçün yeməyi beton qarışdıranın köməyi ilə hazırlayan “Nordic Ingredients” şirkətinin fəaliyyəti dayandırılıb.

ANS PRESS-in məlumatına görə, yerli mətbuatın bu haqda yazması ölkədə böyük səs küyə səbəb olmuşdu.

Danimarkanın Baytarlıq və Ərzaq Nəzarətinə Dövlət Xidməti şirkətin gigiyena qaydalarının pozulması faktını aşkar edib. Şirkət pasiyentlər üçün jeleyə bənzər qida istehsal edirmiş.

"Bu inşaatçıların istifadə etdiyi narıncı rəngdə olan beton qarışdıran idi. Onun içində əvvəlki istifadələrdən qalan qatlar var idi ki, bu da bakteriyaların və başqa mikroorqanizmlərinyayılmasına xidmət edə bilərdi", - deyə xidmətinin əməkdaşı Qenriyett Minster bildirib.

“Nordic Ingredients”-ə xəstələr üçün qidanı dövlətqurumları sifariş edib.
Mənbə