78 uşaq həbs edildi

alt16 yaşından aşağı 78 uşağa 2 ildən 5 ilədək həbs cəzası verilib.

AzNews.az xəbər verir ki, bu qərar Misirin şimalında yerləşən İskəndəriyə şəhər cəza məhkəməsi tərəfindən verilib.

Uşaqların vəkili Əhməd əl-Gamri deyib ki, onlar "Müsəlman Qardaşları” təşkilatına üzv olduqlarına görə həbs ediliblər.

Gamri uşaqların hamısının bu ilin yanvar-may aylarında nəzarətə alındığını bildirib.