44 milyon dollarlıq çiçək

altSon dövrlər incəsənət dünyası milyon dollarlıq alışlarla gündəmə gəlir. Bu dəfə qadın bir sənətçinin satılan ən bahalı əsəri gündəmdədir.

Dalgatv Marja-ya istinadən xəbər verir ki, hərrac evi “Sotheby’s”, Georgia O’Keeffe-nin əfsanəvi rəsm əsəri “Jimson Weed/White Flower No. 1”i 44, 4 milyon dollara satıb.

Bu, bir hərracda qadın bir sənətçinin əsərinə verilən ən yüksək rəqəmdir. Daha əvvəl bu sahədəki rekord, digər bir hərrac evi “Christie’s”in 2014-cü ilin May ayında satdığı Joan Mitchellin “Başlıqsız” adlı əsəri idi.

O’Keeffe’nin çiçək mövzusunda olan əsərləri bütün dünyada tanınır.