Murat Bozu tanınmaz hala saldılar (FOTO)

altTürkiyəli pop müğənninin oynayacağı filmdə rolu müəyənləşib.

ANS PRESS-in məlumatına görə, məşhur pop müğənni Murat Boz yeni filmlərdən birində rol alacaq. Sosial şəbəkədə fenomen adlardan biri olan, xüsusilə Türkiyədə çox populyarlıq qazanan Puccanın (Selen İşıq) kitabı əsasında çəkilən “Haydı İnşallah” filmində müğənni Bəkbəz adlı televiziya aparıcısı rolunu canlandıracaq.

M.Boz filmdə 50 il əvvələ gedərək, yaşlı bir görkəmdə göstərilib. Bu ayın 28-də tədim edilməsini gözlənilən ekran işidə digər baş rolu Büşra Pekin oynayacaq. Bu barədə məlumatı da aktrisa sosial şəbəkədə paylaşdığı fotoşəkildə bildirib.

Filmdə bir sıra yaşlı tanınmış sənət adamları da rol alıb.