Kor qızın gözü başına dəyən zərbə ilə açıldı

altBeynində olan problem səbəbindən 11 yaşında görmə qabiliyyətini itirən yeni zelandiyalı qızın gözü başına dəyən zərbədən sonra 13 il sonra açılıb. ANS PRESS-in məlumatına görə bələdçisi olan iti öpmək üçün əyilən Lisa Ridin başı stolun küncünə dəyib. Bu zərbə ilə huşunu itirən qız, bir də ertəsi gün səhər oyanıb və korluğundan əsər qalmadığını görüb.

Rid, gözü açIldIqdan sonra özünü tanIya bilmədiyini deyib:

“Anamı görən kimi, eyni qalmısan, heç dəyişilməmisən. Bir az yaşlanmısan – dedim. Özümə vı qardaşıma baxanda isə gördüm ki, mən artıq qadın olmuşam, qardaşım isə gənc bir kişi”.

Hazırda 38 yaşı olduğunu deyən Lisa Rid bütün bunların 2000-ci ildə baş verdiyini deyib.