Somalidə jurnalistin qatilləri edam edildi

alt

Somalidə jurnalistin iki qatilini hamının gözləri önündə edam ediblər.

Axar.az RBC radiostansiyasına istinadən bildirir ki, jurnalist Məhəmməd Mahmud Tima-Kaddenin qətlində müqəssir bilinən 22 yaşlı Əli Bəşir Osman və 25 yaşlı Əbdüddəxi Şərif Osman hamının gözləri önündə güllələniblər.

Xatırladaq ki, qətl hadisəsi 2013-cü ilin noyabrında Maqodişidə baş vermişdi. Edam hökmü Moqadişi Polis Akademiyasında Ali Məhkəmənin hakimləri, Tima-Kaddenin ailə üzvləri, eləcə də digər jurnalistlərin gözləri önündə hərbçilər tərəfindən həyata keçirilib.

Yerli televiziyada işləyən Tima-Kadde ötən ilin əvvəlindən Somalidə qətlə yetirilən yeddinci jurnalistdir. Bu ölkə “Sərhədsiz reportyorlar” təşkilatının tərtib etdiyi mətbuata azadlıq cədvəlində 180 ölkə arasında 176-cı yeri tutur.