18 yaşlı qız 1 aylıq körpəsi ilə evdən qaçdı- Bakıda

alt

Bakıda ana və 1 aylıq körpəsi itkin düşüb. 

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, Birinci Alatava yaşayış massivində yaşayan 1994-cü il təvəllüdlü Əhmədova Fərqanə Omar qızı 1 aylıq körpəsi Bayramov Əli Elvin oğlunu da götürərək evdən gedib. Bir neçə gün ailə üzvləri onu axtarsa da, tapa bilməyib və hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib.

Yaxınları onların xarakterik əlamətlərini bildiriblər və gedərkən F.Əhmədovanın sənədlərini və vacib əşyaları götürdüyünü də əlavə ediblər.

Hazırda ana və körpəsinin tapılması istiqamətində iş aparılır.