19 yaşlı gənc bıçaqlandı- Gəncədə

alt

A+  A-
Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Maqsud Quliyev döş qəfəsinin kəsilmiş-deşilmiş və baş nahiyəsinin yarası diaqnozu ilə xəstəxanaya daxil olub. 19 yaşlı gənc əməliyyat edilib. Hazırda vəziyyəti orta-ağır hesab edilir. 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi aşılıb. Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.