Qurban bayramı münasibətilə turlar təşkil edilmişdir

“Turizm.az” şirkəti müqəddəs Qurban bayramı ilə əlaqədar Azərbaycanın bir neçə turizm potensiallı regionlarına səfərlər təklif edir.
Şirkət tərəfindən oktyabrın 15-də Qəbələ, ayın 16-da Masallı-Yardımlı turları təşkil olunacaqdır. Bayram günlərində şirkət tərəfindən, həmçinin Dubaya da turlar təklif ediləcəkdir.
Oktyabrın 19-20-də isə Şəki şəhərinə tur nəzərdə tutulmuşdur. Tur iştirakçıları üçün Azərbaycanın memarlıq qoruğu adlandırılan Şəki rayonu ərazisindəki bir sıra tarixi-mədəni abidələrə - Şəki xanlarının sarayı, Aşağı və Yuxarı karvansaralar, Kiş kəndindəki qədim alban kilsəsi, Kiş çayının sahilində, Qaratəpə dağının zirvəsində “Gələrsən - görərsən” qalasının xarabalıqlarına ekskursiya təşkil ediləcəkdir.