Oğurlanmış maşınını internetdə tapdı

altAmerikanın Missisipi ştatının sakini “Google Earth” internet proqramı sayəsində 6 ay əvvəl oğurlanmış avtomobilini tapıb.

Ov üçün yaxşı yer axtaran amerikalı sözügedən proqramın köməkliyi ilə ətrafı nəzərdən keçirib.

O, qəfildən ərazidə ov komasına oxşar konstruksiya görüb. Dairədə ovçuluğa yalnız onun icazəsi olduğuna görə kişi kəşfiyyata çıxıb. Qəribə obyekt koma yox, onun maşını olduqda o, çox təəccüblənib.