Gürcüstanın Baş naziri azərbaycanlı köməkçisinin böyük funksiyaya malik olduğunu bildirmişdir - mətbuat konfransı - FULL VERSION

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın Baş naziri Bidzina İvanişvili jurnalistlər üçün növbəti ənənəvi mətbuat konfransı keçirmişdir.
Baş nazir ölkə əhalisini oktyabrın 27-də keçiriləcək prezident seçkilərində fəal olmağa çağırmış, bununla səmərəli hakimiyyət yaradılmasının mümkün olduğunu qeyd etmişdir. O demişdir ki, hazırda bütün qüvvələri prezident seçkilərinin demokratik, obyektiv, şəffaf və ədalətli keçirilməsinə yönəltmək lazımdır.
Baş nazir ölkədə siyasi spektrin və hökumətin tam sabitləşdiyi halda siyasətdən gedəcəyini qeyd etmişdir.
Sonra Bidzina İvanişvili jurnalistlərin suallarını cavablandırmışdır.
Azərbaycanlı kadrların dövlət strukturlarında təmsil olunmaları ilə əlaqədar suala cavab verən Baş nazir demişdir ki, bu yaxınlarda Savalan Mirzəyev milli məsələlər üzrə onun köməkçisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifə nazir müavinindən yüksəkdir. Bidzina İvanişvili köməkçisinin çox böyük funksiyaya malik olduğunu demişdir.
Baş nazir onu da diqqətə çatdırmışdır ki, kadrlar vəzifələrə milli mənsubiyyətlərinə görə deyil, peşəkarlığına, iş keyfiyyətinə görə təyin olunurlar. Yüksək peşəkarlıq qabiliyyətinə malik Gürcüstan vətəndaşları, milliyyətindən asılı olmayaraq bütün vəzifələri tuta bilərlər.
Torpaq bölgüsündə yol verilmiş haqsızlıqlarla bağlı Baş nazir Bidzina İvanişvili demişdir ki, biz hər sahədə olduğu kimi, bu sahədə də ədalətsizliyin aradan qaldırılması üçün təsirli tədbirlər görürük. Proses davam edir, çox böyük ədalətsizliklərə yol verilmişdir, onu bir anda yoluna qoymaq asan deyildir. Əminəm ki, Yaxın vaxtlarda nəticəni hiss edəcəksiniz.

Mətbuat konfransının FULL versiyasını DalgaTV.ge sizə təqdim edir: