Gürcüstan prezident seçkilərini müşahidə etmək üçün Azərbaycan MSK-ya dəvət göndərib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın Mərləzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkilərində müşahidə aparmaq üçün Azərbaycanın Mərkəzi Seçki Komissiyasına dəvət göndərib.

Bu barədə  Gürcüstan bürosuna Gürcüstan Mərkəzi Seçki Komissiyasıın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Onun sözlərinə görə, prezident seçkiləri ilə bağlı Azərbaycanda seçki məntəqəsinin də açılacağı planlaşdırılır: "Seçki məntəqəsinin Bakıda, Gürcüstanın Azərbaycandakı səfirliyində yaradılması nəzərdə tutulub".

Qeyd edək ki, Gürcüstanda builki prezident seçkiləri dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək. Seçkilərin keçirilməsinə 15,1 mln. dollardan çox vəsait ayrılacaq.