Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsmək üçün müvafiq prosedura başlayıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua deyib.

O bildirib ki, buna səbəb Suriyanın separatçı Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini tanımasıdır.

 

Qeyd edək ki, Suriya, qondarma Abxaziya və Cənubi Osetiya səfirlik səviyyəsində qarşılıqlı diplomatik əlaqələrin qurulacağını açıqlayıblar.