Gürcüstan MSK-nın üzvləri Azərbaycanda seçkiləri müşahidə edəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) dörd üzvündən ibarət nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.  O bildirib ki, təmsil etdiyi qurum Azərbaycan MSK-dan aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etməklə bağlı dəvət alıb: "Azərbaycana göndəriləcək nümayəndə heyətinə Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin müşaviri Tamaz Şarmanaşvili rəhbərlik edəcək".