Marqvelaşvili: Qərb Rusiyaya qarşı birləşməlidir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

ABŞ və Avropa İttifaqı mövcud beynəlxalq şəraitdən istifadə edib "Rusiya təhdidinə" qarşı birləşməlidir.

Bu barədə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili "Amerikanın Səsi"nin Gürcüstan xidmətinə verdiyi müsahibədə danışıb.

Gürcüstan liderinin sözlərinə görə, Rusiyadan qaynaqlanan iri miqyaslı təhdidlərə qarşı belə birliyə "hiss olunan və möhkəmlənən beynəlxalq konsensus" vasitəçilik etməlidir.

"ABŞ-da həmin an gəlib çatıb, Londonda, Brüsseldə də həmin an gəlib çatıb,  Rusiyanın meydan oxuduğu bütün ölkələr dövlət təhlükəsizliklərinin təhdid altında olduğunu anlamalıdır" deyə Marvelaşvili bildirib.

Buna misal kimi o, Londonda törədilmiş qətli və ehtiyatda olan gürcüstanlı sülhməramlı Arçil Tatunaşvilinin işğal altında olan Tsxinvalidə öldürülməsini göstərib.

"Bizi birləşdirən problemlər mövcuddur və indi birləşməyin vaxtı gəlib çatıb, Gürcüstanın, onun Avropa İttifaqından olan müttəfiqlərinin, NATO-nun Rusiyaya ümumi cavab verməsinin vaxtı çatıb. Biz bu regionlarda və alyanslarda  sülh, təhlükəsizlik, sabitliyi təmin etmək üçün vahid rasional cavab verməliyik" deyə Marqvelaşvili vurğulayıb.