Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək.


APA-nın yerli bürosunun Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə G. Kvirikaşvili və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev arasında keçirilmiş görüşdə bildirilib.


Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparılıb. G.Kvirikaşvili deyib ki, Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı və müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
 
Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin ilbəil artmasını müsbət qiymətləndiriblər.

Görüşdə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycandan Gürcüstana səfər edənlərinin sayının artdığı da qeyd olunub.