Seulda Azərbaycan, Gürcüstan və Ukraynanın dövlət müstəqilliyinin 100 illiyi qeyd edilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Seul şəhərinin Yonqsan rayonunun İcra Hakimiyyətinin teatr zalında Azərbaycan, Gürcüstan və Ukraynanın Koreya Respublikasındakı səfirliklərinin təşkilatçılığı ilə hər üç ölkənin dövlət müstəqilliklərinin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya bildirilib ki, tədbirdə Yonqsan rayonunun İcra Hakimiyyətinin vitse-meri Kim Sonq-Su, Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov, Gürcüstan Koreyadakı səfiri Otar Berdzenişvili və Ukraynanın Koreyadakı səfiri Oleksandr Horin çıxış ediblər. R. Teymurov 2018-ci ildə hər üç ölkənin bu əhəmiyyətli tarixi qeyd etdiyini, 1918-ci ildə əldə olunmuş müstəqilliyin qısa müddət sürməsinə baxmayaraq, hər üç ölkənin milli kimliyini qoruyub saxladığını və 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməyə nail olduğunu, bu əlamətdar hadisə münasibətilə il ərzində bir sıra silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırıb.

Tədbir konsert proqramı ilə davam edib.

Tədbirdə yaradılan Azərbaycan guşəsində  Azərbaycanın tarixini, təbiətini, paytaxt Bakının mənzərələrini əks etdirən fotolar, Azərbaycan mədəniyyət nümunələrini əks etdirən suvenirlər sərgilənib.