Gürcüstanlı nazir: “Münaqişə tərəfləri arasında dialoqun gücünə inanırıq”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Gürcüstan regionda mövcud münaqişələrin həllində tərəflər arasında dialoqun gücünə inanır".
 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Avronest PA-nın komitə iclasında Azərbaycanın PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun sualına cavab olaraq bildirib.
 

Gürcüstanlı nazirə sual ünvanlayan F. Muradov deyib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar olsa da, Ermənistan rəhbərliyi tərəfindən bu dialoqun qarşısını almağa cəhdlər olub. O, işğaldan əziyyət çəkən Gürcüstanda  münaqişə tərəfləri arasında dialoq təcrübəsi ilə maraqlanıb. 
 

K. Tsixelaşvili isə qeyd edib ki, münaqişə tərəflərini təmsil edən insanların təmasları çox vacibdir: "Yalnız bu yolla gözəgörünməz baryerləri aradan qaldırmaq mümkündür".