Milli Şura Bakıda ilk mitinqini keçirdi - VIDEOLAR

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

 
Mitinqi İbrahim İbrahimli açaraq əsas məqsədin azad seçkilər keçirilməsi tələbini səsləndirmək olduğunu deyib. O, KİV-də Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyova qarşı böhtan kampaniyasına başladıldığını vurğulayıb.
Qeyd edək ki, Əli Kərimli, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Eldar Namazov mitinqçilər arasındadır.
Mitinqdə Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun müraciəti oxunub. Daha sonra söz Musavat başqanı İsa Qəmbərə verilib.
Müsavat başqanı İsa Qəmbərçıxışında Milli şuranın vahid namizədi məsləsindən danışıb: 
“İbrahimbəyovun qarşısında süni əngəllər yaradılıb. Biz əngəlləri aşmaq gücündəyik. Biz mübarizə meydanını boş buraxmayacağıq. Sabah Milli Şuranın toplantısında ciddi qərarlar qəbul ediləcək. Rüstəm müəllimin razılığı ilə iki variantdan biri seçiləcək. Daha bir xalq tərəfindən sevilən ziyalının namizədliyini müyyənləşməsinə nail olacağıq. Onunla seçkiyə gedəcəyik, ya da partiyalardan kim istəsə namizədliyini irəli sürsün. Bu gün bizi tənqid edirlər. Heç iqtidarın da vahid namizədi yoxdur”.
Mitinqdə meydana verilən elektrik enerjisi kəsilib.
Mitinqçilər elektrik enerjisinin kəsilməsinə şüalarlarla etiraz bildiriblər. Bundan sonra meydana enerjinin verilməsi bərpa olunub və çıxışlar davam edilib.
Mitinqdə siyasi məhbuslara azadlıq, azad seçki kimi tələblərin qoyulduğu qətnamə qəbul olundu. Saat 19.30-da Milli Şuranın ilk mitinqi bağlı elan olundu və "Uvertura"nın sədaları altında yekunlaşdı.