Azərbaycan prezidentliyinə namizəd zəhərləndi

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Prezidentliyə namizədliyini irəli sürən və MSK-da qeydə alınan ALDP sədri Fuad Əliyev zəhərlənib. 

Məlumata görə, iki gün öncə F.Əliyev partiyanın rəhbərliyi ilə şimal bölgəsi üzrə regional nümayəndəliyində keçirdiyi görüşdən Bakya qayıdarkən yolüstü restoranların birində nahar edib. Axşamüstü isə partiya sədrinin birdən-birə səhhətində problem yaşanıb. Verilən məlumata görə, evdəkilərin ilkin tibbi yardımından sonra F.Əliyevin səhhəti normallaşıb.

Fuad Əliyevin Seçki Qərargahının rəhbəri Vahid Nəzərov partiya sədrinin zəhərlənməsi xəbərini təsdiqləyib: “Görüşdən qayıdarkən yolüsü bir qədər nahar etdik. Axşamçağı sədrin evindən mənə bu xəbəi çatdırdılar. O, zəhərlənmişdi. Bir yerdə yüngülvari nahar etdik, 4-5 nəfər olardıq. Fuad bəyin anası həkim olduğundan daha tibbi yardım çağırmağa ehtiyac olmayıb. Müəyyən dərmanların və ilkin tibbi yardımın köməkliyi ilə onun vəziyyəti normallaşdı”.

V.Nəzərov F.Əliyevin zəhərlədilməsi barədə dəqiq məlumata malik olmadığına görə bu barədə heç nə deməyib. Amma bunu da istisna etməyib.