Gürcüstanda icra başçısının yeni müavini azərbaycanlı oldu

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

33 yaşlı Tiflis şəhər sakini, milliyyətcə azərbaycanlı Ramin İsmayılov Marneuli rayon icra hakimiyyəti başçısının müavini təyin edilib. 

Yeni vəzifəyə təyin olunmamışdan əvvəl R. İsmayılov Marneuli rayon polis idarəsi rəisinin müavini vəzifəsində işləyib. O, 1998-2002-ci illərdə Gürcüstan Polis Akademiyasını bitirib.

R.İsmayılov 2002-ci ilin sentyabr ayından 2013-cü ilin avqust ayınadək Gürcüstan daxili işlər orqanlarında şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində çalışıb. Ailəlidir, bir övladı var.