Mixail Saakaşvili: “2008-ci ilin avqustunda ABŞ-ın qanadlı raketlər ilə silahlanmış gəmiləri Gürcüstana doğru istiqamət götürüb”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ Türkiyədəki hava qüvvələrini tam döyüş vəziyyətinə gətirib, Amerika Hərbi Dəniz Qüvvələrinin qanadlı raketlər ilə silahlanmış gəmiləri isə Gürcüstan sahillərinə doğru istiqamət götürüblər.


Mixail Saakaşvili bunu Ukraynanın “ZİK” telekanalına müsahibəsində bəyan edib.

Saakaşvilinin sözlərinə görə, gəmilərdə olan silah barədə onu ABŞ-ın vitse-prezidenti Dik Çeyni məlumatlandırıb.

"ABŞ-ın 6-cı donanması Gürcüstan sahillərinə doğru irəliləyərkən, donanmanın qanadlı raketlərlə silahlanmış flaqman gəmisi  hətta Bosfor boğazını da keçib. Vitse-prezident Çeyni o zaman mənə açıq-aydın dedi: "Sən ki anlayırsan, biz içməli su gətirməmişik – bu daha ciddi yükdür", deyə Mixail Saakaşvili vurğulayıb.

Gürcüstan prezidentinin sözlərinə görə, Corc Buş Vaşinqtona döndükdən sonra ABŞ-ın Türkiyədəki hava qüvvələri tam döyüş vəziyyətinə gətirilib, bundan başqa, Amerikanın Rumıniyadakı bazasına əlavə təyyarələr cəlb olunmuşdu.