ATƏT PA seçkilərə müşahidəçi göndərməyəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycanda oktyabrın 9-da keçirilək prezident seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini açıqlayıb.

Seçki ilə assambleyanın oktyabrın 13-15-də Monteneqroda keçiriləcək payız sessiyasının vaxtı üst-üstə düşdüyünə görə belə bir qərar qəbul olunub. 

R. Krivokapiç bildirib ki, ATƏT PA uzun illərdir parlament seçkilərinin müşahidəsini həyata keçirir və yalnız istisna hallarda prezident seçkilərini müşahidə etməyə qərar verir. Bununla yanaşı, qurum payız sessiyasından iki həftə sonra – oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərəcək.


Qeyd edək ki, ATƏT PA-nın rəhbəri sentyabr ayında bir sıra ölkələrə, o cümlədən Gürcüstana səfər planlaşdırır. Azərbaycana səfər nəzərdə tutulmayıb.