Ermənidən İbrahimbəyova dəstək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

O Azərbaycanda prezident olmaq iddiasındadır 

Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyan Azərbaycanda prezident seçkilərində iştirak etmək iddiasındadır. Buna görə də o, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla əməkdaşlığı istisna etmir.

Ermənistanda yaşayan Ayvazyanın həm Azərbaycan vətəndaşlığı, həm də Bakı qaçqını statusu var. Ayvazyan artıq öz sənədlərini Azərbaycan Xarici İşlər və Daxili İşlər Nazirliyinə göndərdiyini də iddia edir. O, hələ cavab ala bilmədiyini deyir. 

“Mən Moskvada İbrahimbəyovla görüşüb onunla əməkdaşlığı istisna etmirəm. Düşünürəm ki, bizim aramızda əsas anlaşılmazlıqlar ancaq Qarabağ məsələsinə görə ola bilər”, - deyə Ayvazyan bildirib. 

Bundan başqa o qeyd edib ki, əgər Azərbaycandan öz ərizəsinə cavab almasa, o istənilən yolla Bakıya gəlib problemi yerindəcə həll edə bilər.