Milli Şuranın “Tiflis sammiti”nin məkanı bəlli oldu – 4 ulduzlu otel

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Görüş axşam saat 18:00-da baş tutacaq.

Xəbər verildiyi kimi, bu gün Milli Şuranın 15-ə yaxın üzvü qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Gürcüstanın paytaxtı Tiflis şəhərinə səfər edəcək. 

AzNews.az-a daxil olan məlumata görə, Milli Şura üzvlərinin toplantısı Tiflisin 4 ulduzlu “Vere Palace” otelində baş tutacaq. Bu barədə saytımıza verilən məlumatda bildirilir ki, görüş Bakı vaxtı ilə axşam saat 18:00-da baş tutacaq. 

Əldə etdiyimiz məlumata görə, artıq Milli Şura üzvlərinin bir çoxu Gürcüstan paytaxtına doğru yola çıxıblar. Bildirilir ki, “El” Hərəkatının üzvləri və digər bir sıra partiyaların funksionerləri öz şəxsi maşınları ilə Tiflisə yola düşüb. MŞ-in icra aparatı rəhbəri Eldar Namazov və Müsavat başqanı İsa Qəmbər isə Gürcüstan paytaxtına təyyarə ilə səfər edəcək.