SOCAR Mübariz Mənsimovun şirkətinin alınmasına dair danışıqlar aparılması haqqında xəbərlərə münasibət bildirib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

SOCAR “Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmarina”nın alınması məqsədilə danışıqlar aparılması haqqında məlumatları təkzib edib.


SOCAR-ın mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, Türkiyənin bəzi media şəbəkələrində “Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmarina”nın SOCAR tərəfindən alınması məqsədilə guya danışıqlar aparılması haqqında məlumatlar yayılıb.

"SOCAR-ın mətbuat xidməti bildirir ki, bu məlumat tam əsassızdır, hazırda şirkətimiz tərəfindən belə bir investisiya layihəsi nəzərdən keçirilmir, gündəliyimizdə belə bir məsələ yoxdur", - deyə məlumatda deyilir.