İlham Əliyev baş nazirin ticarət üzrə elçisini qəbul etdi

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 26-da Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə son illər Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluq ifadə olunub, Azərbaycan Dövlət Neft Şirkəti ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd olundu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, İnformasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.