Nazir MSK-dakı veb-kameralara baxış keçirəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Sabah Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov MSK-da yerləşən veb-kameralara texniki baxış mərkəzini ziyarət edəcək.

“Qafqazinfo” xəbər verir ki, adıçəkilən şəxslər seçki posesində İKT-dən istifadənin genişləndirilməsi ilə bağlı Prezident Sərəncamına uyğun görülmüş işlərlə tanış olacaqlar. 

Qeyd edək ki, ziyarət saat 11:15-də baş tutacaq.