Avropa Parlamentinin deputatları həbsdə olan Gürcüstanın sabiq baş naziri Vano Merabişvili ilə görüşüb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt


Sentyabrın 24-də Gürcüstanda səfərdə olan Avropa Parlamentinin deputatları Tiflisdəki Matrosov həbsxanasında Gürcüstanın sabiq baş naziri, Vahid Milli Hərəkat partiyasının baş katibi Vano Merabişvili ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Xalq Partiyasının nümayəndələri məhbusa baş çəkiblər. Onlar mətbuata heç bir açıqlama verməyiblər. Məlumata görə, parlamentarilər 9 saylı cəzaçəkmə müəssisəsinə daxil olarkən polietilen torbalarda meyvə və tərəvəz aparıblar.