Milli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır.
 Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat vermişdir. 
A.Təvəkküloğlu demişdir ki, Milli Məclisin sentyabrın 15-dən komitələr fəaliyyətə başlayacaqlar. Komitələrdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrinə baxılacaqdır.
Payız sessiyasında müzakirə ediləcək əsas sənədlərdən biri “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaqdır. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavələrin və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.