Moskvada muğam konserti keçiriləcək

Avqustun 29-da «JTI» şirkətinin dəstəyi ilə Moskva şəhərinin Beynəlxalq Konsert Zalında muğam musiqisi konserti keçiriləcək. Bu barədə APA-ya şirkətin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Qeyd edək ki, konsertdə tarzən Rövşən Qurbanovun rəhbərliyi altında «Buta» instrumental ansamblının müşayiəti ilə artıq tamaşaçılar tərəfindən sevilmiş gənc muğam ifaçıları Arzu Əliyeva və Elnur Zeynalov iştirak edəcəklər, muğam sənətinin parlaq nümunələri səslənəcək.

Konsert «JTI» şirkətinin Azərbaycan mədəniyyətinə, xüsusilə də muğam musiqisinə göstərdiyi dəstək çərçivəsində keçirilir.