Rusiya “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırıla bilər

Avropa Yayım İttifaqı (AYİ) Rusiyanın “Eurovision - 2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.  

Dalga tv  bu barədə APA-ya istinadla xəbər verir. 

AYİ-dən Lenta.ru-ya bildirilib ki, “Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: “Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”. 

Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib.

“Təəssüf ki, “Birinci kanal” rəhbərliyi “Eurovision - 2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək”, - deyə bəyanatda qeyd olunub.  

Qeyd edək ki, Rusiyanın “Eurovision-2017”-dəki təmsilçisi Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”-də “Flame Is Burning” mahnısı ilə təmsil edəcəkdi.