Nurlan İsmayılov “Qolos. Deti” şousunu tərk etdi

Naberejnı Çelnıda yaşayan əslən Azərbaycandan olan 10 yaşlı Nurlan İsmayılov Rusiyanın birinci kanalında yayımlanan “Qolos. Deti” şousunun növbəti mərhələsinə qatılıb.

Dalga tv xəbər verir ki, Nurlan İsmayılov “döyüş” mərhələsində Stasya Fedorova və Alina Sansızbay ilə duet oxuyub. Nyuşanın komandasında yer alan gənc ifaçılar “Rockabye” mahnısını səsləndiriblər.

Sonda Nyuşa öz komandasında Alina Sansızbayı saxlayıb, Nurlan və Stasya isə layihəni tərk ediblər.