Avropa Yayım İttifaqı Rusiyanın “Eurovision” təmsilçisi ilə bağlı Ukraynaya etiraz məktubu göndərib

Avropa Yayım İttifaqı Ukrayna baş naziri Vladimir Qroysmana məktub ünvanlayıb.

Daga tv-nin APA-ya istinadla xəbərinə görə, bu barədə “Deutsche Welle”nin Ukrayna bürosu məlumat yayıb.

Məktubda Rusiyanın “Eurovision” təmsilçisi Yuliya Samoylovanın Kiyevə buraxılmayacağı ilə bağlı qərara narazılıq ifadə olunub. Qeyd olunur ki, ittifaq üzvləri qərarı mənfi qiymətləndirir və bəzi Avropa yayım şirkətləri “Eurovision”un yayımlamaqdan imtina edir.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı təmsilçinin 2015-ci ildə Krıma səfər etməsi ilə əlaqədar Ukraynaya girişinə qadağa qoyub.