Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyənin məşhur aktyoru Halit Akçatepe vəfat edib.

Dalga tv Report-a istinadən xəbər verir ki, aktyor 79 yaşında dünyasını dəyişib. 

H.Akçatepenin ölümünə səbəb damar tıxanması olub.

Qeyd edək ki, H.Akçatepe 1938 -ci il yanvarın 1-də Ünyedə dünyaya gəlib. Aktyor “Tatlı dilim” filmi ilə tanınıb. Ona şöhrət gətirən isə rol aldığı “Hababam Sınıfı” filmi olub. H.Akçatepe ekran əsərində Güdük Nəcmi obrazını canlandırıb. O, daha çox Kemal Sunal ilə birılikdə rol aldığı filmləri ilə yaddaşlarda qalıb.