BBC “Əli və Nino” filmi haqqında reportaj hazırladı

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Əli və Nino" filminin rejissoru, "BAFTA" mükafatı sahibi Asif Kapadia BBC telekanalına bu filmin çəkilişləri barədə məlumat verib.

BBC həmçinin filmdən hissələr və onun yaradılması prosesini təqdim edib.

"Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

- daha əvvəllər haqqında heç nə bilmədiyi regionda baş verdiyini bildirib: "Lakin hazırda bu regionun dünyada baş verən indiki hadisələr fonunda vacib region olduğu məlum olur. Burada Şərq Qərblə, Avropa Asiya ilə, müsəlmanlıq xristianlıqla görüşür. Bura çox gözəl yerdir".

Qeyd edək ki, rejissor A. Kapadianın 2015-ci ildə çəkdiyi digər ekran əsəri - "Emi" ("Amy") "Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında "Oskar"a namizəddir.

"Əli və Nino" filminin nümayişi ABŞ-ın "Sundance" beynəlxalq film festivalı çərçivəsində "Premyera" kateqoriyasında keçirilib.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.