yaqub Zəlimxan Yaqub dünyasını dəyişdi

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycanın xalq şairi, ictimai xadim, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub vəfat edib.

Bir neçə ildir böyrək çatışmazlığından əziyyət çəkən şair bu gün dünyasını dəyişib. Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.