Əfsanəvi rok ifaçısı vəfat etdi

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Xəstəliyinin diaqnozunu ölümündən iki gün əvvəl öyrənib.

Məşhur rok qrupu "Motörhead"in yaradıcısı, bas-gitaraçı, solist və bəstəkar Lemmy Kilmister ötən gün vəfat edib.

"Dalğa TV" xarici KİV-ə istinadla xəbər verir ki, 70 yaşlı dünya ulduzuna 2 gün əvvəl xərçəng diaqnozu qoyulub.

Qrupun meneceri Andrew Goodfriend-in sözlərinə görə, əfsənəvi rok ifaçısı xəstəliyini 26 dekabrda öyrənib.

Qeyd edək ki, L.Kilmister 1970-ci illərdə "Hawkwind" qrupuyla başladığı musiqi həyatına 1975-ci ildə qurduğu məşhur "Motörhead" qrupuyla davam edərək "Ace of Spades" kimi əfsanəvi əsərlərə imza atıb.

Məşhur bığıyla qeyri-adi bir tərzi olan və rok musiqinin inkişafına böyük töhfə verən Kilmister "Motorhead" qrupu adı ilə 24 albom çıxarıb.

2010-cu ildə onun haqqında "Lemmy the Movie" filmi ekranlaşdırılıb.

Xatırladaq ki, "Motörhead" qrupu 2005-ci ildə "Ən yaxşı metal performans" üzrə "Grammy" mükafatına layiq görülüb.