Elşad Xose: “Olub-keçənləri unutmağa çalışıram“
Uzun müddətdir ki, gündəmdən uzaqlaşan reper Elşad Xose istirahət edir.
O, açıqlamasında son günlərdə mediada keçmiş həyat yoldaşı rəqqasə Oksananın onunla bağlı paylaşdıqlarına cavab verib:
“Son vaxtlar internetdən tamamilə uzaqlaşmışam. “Facebook”da da oturmuram. Onla bağlı heç bir məlumatı oxumuram, ümumiyyətlə xəbər portallarını izləmirəm. Yalnız istirahət edib, olub-keçənləri unutmağa çalışıram. Yenicə özümə gəlmişəm. Oksananın sosial şəbəkədə paylaşdıqlarından xəbərsizəm”.
Reper “Yenidən barışıq ola bilərmi” sualına isə belə cavab verib:
“Zaman nə göstərər deyə bilmərəm. Bu mövzularla bağlı çox şey danışmaq istəmirəm”.